Əsas Səhifə > Güney Press / Ana xəbər > “Ailə TV” kabeli qoşmayıb, pulunu istəyir
“Ailə TV” kabeli qoşmayıb, pulunu istəyir13-01-2016, 10:20 |
![]() “Ailə TV” kabel televiziyası ilə bağlı növbəti şikayət var. TİA.AZ-ın xəbərinə görə, İsa İsazadə adlı abunəçi “Facebook” səhifəsində narazılıq edib. Onun sözlərinə görə, “AiləTv"-yə qoşulub, sentyabr və oktyabrda iki ay ödəniş edib: “Amma iki ay içində gəlib qoşmadılar. Əvvəlcə damın açarı tapılmır, sonra işçilər ərazidə deyil, sonra da sabah-sabah deyə yola verdilər. TV paketini ləğv etdirdim”. Müştəri qeyd edib: “İki gün əvvəl zəng elədilər ki, sizin 2 aylıq TV borcunuz var. Ləğv etdirdiyim halda onların mənə borc yazma haqqı var? Birinci ay ödədim onda qoşmadılar, dedilər ki, damın açarı yoxdu. Sonra yenə gedib tələb elədim, dedilər ki, açarı tapmışıq, ən gec 4 gün müddətində qoşulacaq. Mən də həmin vaxt internet və TV paketinin pulunu bir yerdə verdim. Fikirləşdim ki, nə də olsa, 4 günə qoşulacaq. Amma yenə faydası olmadı. İnternetdən istifadə elədim. Amma əvvəlcədən deyim ki, onların pulu ayrı-ayrılıqda hesablanır. Axı onların ödənişi ayrıdı, qəbz də ayrı verilir?!” TİA.AZ olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Şirkətdən isə DİA.AZ-a bu reaksiyanı bildiriblər: "Abunəçi qoşulduğu andan ümumiyyətlə heç zaman 2 aylıq ödəniş etməyib. - (əks halda abunəçidə çek olmalıdır) Abunəçi ilə bağlanılan müqaviləyə əsasən xidməti dayandırmaq üçün mütləq müvafiq filiala yaxınlaşıb yazılı müraciət etmək tələb olunur. Abunəçinin xidməti dayandırmaq üçün filiala yazaılı müraciəti (ərizəsi) olmayıb. (əks halda abunəçidə ərizənin bir nüsxəsi olmalıdır) Abunəçinin yaşadığı bina Ailə TV Nəsimi filialının yerləşdiyi binadır, ərazidə servis əməkdaşının olmaması absurddur. Abunəçinin 2 aylıq borcu yoxdur -7.51 AZN borcu var, damın açarının surəti filialda var. Nəticədə abunəçinin şikayəti yanlışdır". Geri qayıt |