Əsas Səhifə > Güney Press > Maşın tibb çantası neçəyə başa gəlir?
Maşın tibb çantası neçəyə başa gəlir?5-01-2016, 15:48 |
![]() Yanvarın 1-dən avtomobillərdə tibbi yardım çantası olmayan sürücülərə qarşı başlanan reydlər aptekləri canlandırıb. Sürücülər tələb olunan dərmanları almağa başlayıblar. Siyahıda olan əksər dərman qiymətlərini təqdim edirik (AZN): Analgin – 0,40 Natrium sulfasil məhlulu (1 tubik) - 0,60 Aspirin (1 qutu) – 0,20 Steril bint 10x5 (1 ədəd) – 0,40 Bakterisid leykoplastr (2,5x7,0 yaxud 2x5 ədəd) - 0,10 Spirtdə 5 faizli yodun, yaxud 1%-lik brilyant abısının məhlulu (zelyonka) (1 flakon) – 0,40 Qeyri-steril boruşəkilli tibbi elastik bint в„–1, 2, 6 hər birindən (1 ədəd) – 0,40 Pambıq 50 q (1 bağ) – 0,40 Nitroqliserin həbləri в„–40, yaxud kapsulası в„–20 (trinitrolonq) (1 qutu) – 0,70 Validol (tabletka, yaxud kapsula) (1 qutu) – 0,30 Süni nəfəs vermək üçün alət – “Ağız-qurğu-ağız” (1 ədəd) - 14 Enterodez 2 qutu, yaxud aktivləşdirilmiş kömür в„–10 (1 qutu) – 0,20 Korvalol (1 flakon) – 0,60 Küt uclu qayçı (1 ədəd) – 3 Ammiak məhlulu (naşatır spirti) (1 flakon) – 0,50 Qeyd edək ki, avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı cərimələr sərtləşdirilib. Femida.az Geri qayıt |