Əsas Səhifə > Güney Press, Reklam > Azercell-in dəstəyi ilə MilliNet-in qalibləri bəlli oldu

Azercell-in dəstəyi ilə MilliNet-in qalibləri bəlli oldu


21-12-2015, 17:26
Azercell-in dəstəyi ilə MilliNet-in qalibləri bəlli oldu
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC-nin artıq 7 ildir ki, dəstək olduğu Azərbaycanın ilk və yeganə peşəkar internet mükafatı olan MilliNet-in qalibləri bəlli olub. Bu il müsabiqəyə 14 Nominasiya üzrə 374 internet resurs təqdim olunub ki, onlardan da yalnız 299 sayt yarışmaya buraxılıb. Münsiflər Heyəti 2-ci səsvermə prosesində 97 Nominant arasından ən yaxşılarını seçib. Təqdimat mərasimində Azercell şirkətinin Korporativ Ünsiyyət Bölümünün rəhbəri Nigar Şıxlinskaya çıxış edərək Milli Net müsabiqəsinin ölkədə İnternetin, xüsusilə də mobil internetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, gələcəkdə də İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.

Sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta təqdim olunub.Məlumat üçün bildirək ki, Azərbaycan internetinin inkişafına təkan vermək, ən yaxşı milli internet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən müsabiqəyə cari ilin sentyabr ayında start verilib.Qeyd edək ki, Azercell Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına xidmət edən layihələri daim dəstəkləyir. Azercell Azərbaycan dilinin internetdə tətbiqinin genişləndirilməsinə yardım edən, milli internet resurslarının yaradılmasını stimullaşdıran belə təşəbbüslərin tərəfdarı kimi çıxış edib.

Ölkənin lider mobil rabitə operatoru Azercell Telekom öz öhdəliyinə sadiq qalaraq bundan sonra da bu cür layihələrə öz dəstəyini göstərməkdə davam edəcək.

Geri qayıt