Əsas Səhifə > Güney Press > “Aygün Kazımova ölkədən çıxsa...”

“Aygün Kazımova ölkədən çıxsa...”


17-12-2015, 14:17
“Aygün Kazımova ölkədən çıxsa...”
“Bakı Apellyasiya Məhkəməsi Aygün Kazımovanın qətnaməni icra etmədiyi üçün ölkədən çıxışına məhdudiyyət, Sərhəd Ximətində el arasında desək “stop” qoyulub”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov bildirib.

Vəkil qeyd edib ki, Aygün Kazımovaya köməklik edən Sərhəd Xidmətinin əməkdaşları da məsuliyyətə cəlb olunacaq:

“Əgər Aygün Kazımova ölkədən çıxsa, ondan çox Sərhəd Xidmətinin əməkdaşları məsuliyyətə cəlb olunacaq. Xalq artisti nəqliyyat vasitələri və başqa yolla ölkəni tərk etməsi böyük bir cinayətdir. Aygün Kazımova cərimə ilə bunu aradan qaldıra bilməyəcək. Qətnaməni icra etməsə “stop” qərarı geri götürülməyəcək.

Qarşı tərəf xaricə getmək niyyətində olsa qətanəmədə kiçik mətni instaqram səhifəsində paylaşmalıdır. Biz tələb etmirik ki, əlinə mikrafon alıb hamıya desin. Bu qətnamə yerinə yetdikdən sonra cərimə üzərindən götürüləcək”.

Geri qayıt