Əsas Səhifə > Güney Press / Ana xəbər > Mərkəzi Seçki Komissiyası 35 saylı dairəni yenə sıfırladı

Mərkəzi Seçki Komissiyası 35 saylı dairəni yenə sıfırladı


5-11-2015, 13:10
Mərkəzi Seçki Komissiyası 35 saylı dairəni yenə sıfırladı
DİA.AZ: - Deyəsən, 35 saylı Xətai üçüncü seçki dairəsi ciddi problemə çevrilib. Hər halda görünəni budur. Artıq 2-ci dəfədir ki, bu dairənin nəticələri MSK-nın rəsmi internet saytında sıfırlanır.

Xatırladaq ki, buna qədər açıqlanan nəticələrdə bu dairədən bundan əvvəl deputat olan İqbal Ağazadənin yerinə ASDP sədri Araz Əlizdənin elan olunması maraqla qarşılanmışdı.

DİA.AZ bildirir ki, amma bu dəqiqələrdə MSK yenə də - təkrar olaraq nəticələri sıfırlayıb. Qeyd edək ki, MSK-nın Araz Əlizadənin xeyrinə açıqladığı rəqəmlər neçə gün idi ki müzakirə olunurdu. İndi isə görünəni odur ki, bu rəqəmlərə MSK-nın özü də etimad göstərməyib və araşdırma apararaq yenidən nəticələri sıfırlayıb.

DİA.AZ MSK-nın saytındakı hazırki mənzərəni təqdim edir:
Mərkəzi Seçki Komissiyası 35 saylı dairəni yenə sıfırladı

Mərkəzi Seçki Komissiyası 35 saylı dairəni yenə sıfırladı

Geri qayıt