Əsas Səhifə > Güney Press / Ana xəbər > Avropa İttifaqından seçki bəyanatı:

Avropa İttifaqından seçki bəyanatı:


3-11-2015, 11:21
Avropa İttifaqından seçki bəyanatı:
Avropa İttifaqı Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

AzVision.az xəbər verir ki, bəyanat Aİ-nin rəsmi saytından dərc olunub.

`Avropa İttifaqı beynəlxalq standartlara uyğun, şəffaf və bütün tərəflərin iştirakını təmin edən seçkiləri dəstəkləyir`-deyə bəyanatda qeyd olunub.

Avropa İttifaqının bəyanatında bildirilir ki, təşkilat bütün vətəndaşların xeyri naminə yeni seçilmiş parlament də daxil olmaqla Azərbaycanın təsisatları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Geri qayıt