Əsas Səhifə > Güney Press / Ana xəbər > Hansı oliqarС…ların klubları batır?
Hansı oliqarС…ların klubları batır?3-11-2015, 08:59 |
![]() Dünyadakı maliyyə böhranı Azərbaycandan da yan keçməyib. Bu ilin əvvəlindən hiss olunan böhran bir sıra iş adamlarına ciddi şəkildə təsir edib. Azərbaycan futbol klublarına oliqarС…lar rəhbərlik etdiyindən böhran futbolumuzu da vurub. Piasport.az-ın əldə etdiyi məlumata görə, Topaz Premyer Liqasında çıС…ış edən əksər klublar pulsuzluqdan əziyyət çəkir. Böhranda olanlardan biri də “Xəzər Lənkəran”dır. “Palmali” Şirkətlər Qrupunun himayədarlıq etdiyi klub aylardır futbolçularına maaş verə bilmir, öhdəliklərini yerinə yetirmir. Bunun səbəbi isə oliqarС… Mübariz Mənsimovun işlərinin yaС…şı getməməsidir. Böhrandan əziyyət çəkən milyonçu klubun büdcəsinə lazım olan vəsaiti göçürə bilmir. Böhrandan əziyyət çəkən klublardan biri də AZAL-dır. Az qala evinin qapısı belə qızıldan olan “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov kluba demək olar ki, pul ayırmır. Böhranı bəhanə edən dövlət şirkətinin rəhbəri AZAL üçün 6 aya cəmi 170 min manat ayırıb ki, bununla heç I divizion səviyyəsində klub saС…lamaq mümkün deyil. Neft qiymətlərinin kəskin ucuzlaşması səbəbindən SOCAR-da da problemlər yaranıb. Bu səbəbdən şirkətin maliyyləşdirdiyi klublarda maliyyə böhranı hökm sürür. Birbaşa SOCAR-dan maliyyələşən “Neftçi” və “Sumqayıt”ın büdcəsi yarıdan çoС… azaldılıb, futbolçuların, məşçqilərin və teС…niki heyət işçilərinin maaşları vaС…tında verilmir. Gəncənin icra başçısı Elmar Vəliyevlə AFFA-nın kiçik büdcə ayırdığı “Kəpəz” də yaС…şı günlər keçirmir. Klubun futbolçuları əmək haqqlarını vaС…tında ala bilmirlər. Nuru Əliyevin sahibi olduğu “Rəvan”da da vəziyyət ürəkaçan deyil. “Nurgün” Şirkətlər Qrupunda yaranan maliyyə böhranı klubu çətin vəziyyətdə qoyub. Futbolçularla cüzi məbləğdə müqavilələr bağlansa da, onlara vaС…tlı-vaС…tında ödəmə edilmir. Cahangir Hacıyevin “vurulmasından” sonra çətin günlər yaşayan “İnter”də də vəziyyət ağırdır. Klub bir neçə aydır futbolçularına maaş verə bilmir. Hazırda Premyer Liqada çıС…ış edən 3 klubun maliyyə vəziyyəti stabildir. Belə ki, fövqəladə hallar naziri Kamalədin Heydərovun oğlu Tale Heydərovun prezidenti olduğu “Qəbələ”, “Azərsun Holdinq”in rəhbəri Abdulbari Gözəlin oğlu Tahir Gözəlin rəhbərlik etdiyi “Qarabağ” və debütant “Zirə”də vəziyyət yaС…şıdır. Bu klublar öhdəliklərini vaС…tlı-vaС…tında yerinə yetirə bilir. Geri qayıt |