Əsas Səhifə > Güney Press / Ana xəbər > Şagirdlər üçün hazırlanan "Məktəbli kitabçası"nda kobud səhv

Şagirdlər üçün hazırlanan "Məktəbli kitabçası"nda kobud səhv


2-11-2015, 11:04
Şagirdlər üçün hazırlanan "Məktəbli kitabçası"nda kobud səhv
Azərbaycanda I-VIII siniflər üçün hazırlanan "Məktəbli kitabçası"nda kobud səhvə yol verilib.

SalamNews xəbər verir ki, tərtib olunmuş "Məktəbli kitabçası"nda Azərbaycanın Dövlət Müstəqillik günü səhv tarixlə göstərilib. Belə ki, Dövlət Müstəqillik günü "9 noyabr" qeyd olunub. Bununla yanaşı Dövlət Bayrağı günü isə "18 oktyabr" tarixi ilə qeyd olunub.

Gündəlikdə baş verən texniki səhvlər şagirdlərlə yanaşı valideynlər arasında da narazıçılıq yaradıb.

Qeyd edək ki, oxşar hadisə ötən il də baş vermişdi. Belə ki, "Gündəlik"lərdə Milli Mətbuat Günü - "Əkinçi"nin yaranma tarixi 22 iyul əvəzinə "22 iyun" göstərilmişdi.

Şagirdlər üçün hazırlanan "Məktəbli kitabçası"nda kobud səhv
Şagirdlər üçün hazırlanan "Məktəbli kitabçası"nda kobud səhv

Geri qayıt