Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda 40 radikal islamçı saxlanıldı
Bakıda 40 radikal islamçı saxlanıldı23-10-2015, 12:53 |
![]() Dünən gecə Yasamal rayonunda keçirilən əməliyyat zamanı xüsusi xidmət orqanlarının əməkdaşları radikal islamçılarla əlaqəsi olduğu ehtimal olunan 42 nəfəri saxlayıblar. Virtualaz.org-a bu barədə Yasamal Rayon Polis İdarəsindən məlumat veriblər. Məlumata görə, əməliyyat M.Seyidov küçəsi 13 ünvanında yerləşən və Fərzəliyev soyadlı şəxsə məxsus “Fərqli lahmacun” kafe-çay evində keçirilib. Həmin vaxtda orada çoxlu insanın, o cümlədən həddi-buluğa çatmamış iki nəfərin iştirakı ilə dini xarakterli tədbir keçirilirmiş. Saxlanılanlar Yasamal polisinə aparılıblar. Əməliyyat zamanı hadisə yerindən çoxlu dini ədəbiyyat da götürülüb. Geri qayıt |