Əsas Səhifə > Güney Press / Ana xəbər > Dövlət Agentliyinin sözçüsü işdən azad edildi
Dövlət Agentliyinin sözçüsü işdən azad edildi22-10-2015, 10:46 |
![]() Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı vəzifəsindən azad edilib. Report-un məlumatına görə, hazırda onun vəzifəsini agentliyin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Arzu Hüseynova icra edir. Agentlikdən fakt təsdiq edilib və Y.Babanlının öz ərizəsi ilə işdən azad olunduğu bildirilib: "Yəhya Babanlının 3 aylıq müqavilə müddəti bitib, eyni zamanda o, elmi fəaliyyətlə məşğul olduğu üçün işdən çıxıb". Xatırladaq ki, Y.Babanlı mətbuat xidmətinin rəhbəri vəzifəsinə bu ilin iyul ayında təyin edilib. Geri qayıt |