Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda daha bir polis rəisi işdən çıxarılıb

Bakıda daha bir polis rəisi işdən çıxarılıb


22-10-2015, 10:18
Bakıda daha bir polis rəisi işdən çıxarılıb
Bakıda daha bir polis rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.

Geri qayıt