Əsas Səhifə > Güney Press / Ana xəbər > İsmayıllıda bitmək bilməyən problemlər
İsmayıllıda bitmək bilməyən problemlər22-10-2015, 10:14 |
![]() İsmayıllı rayon Zərdabi küçəsinin sakinləri sanki ibtidai icma quruluşunda yaşayırlar Onların nə qaz məhfumundan xəbərləri var, nə də yol anlayışından. BTV bildirir ki, rayonun mərkəzində - Heydər Əliyev küçəsi boyu baş alıb gedən zibil eşalonundan isə söz açmağa dəyməz. Uzun müddətdir ki, mavi yanacaq üzünə həsrət qalan sakinlər isinmək üçün oksigen mənbəyi hesab edilən ağacları doğrayıb, odun kimi istifadə edirlər. Onlar iddia edir ki, problemlərinin həll edilməsi üçün dəfələrlə rayonun qaz idarəsinə üz tutsalar da, səslərini eşidən olmayıb. Qarşıdan soyuq qış aylarının gəldiyini nəzərə alsaq belə qənaətə gəlmək olar ki, bu gedişlə rayonda bir ağac belə qalmayacaq. Yolların təmir edilib edilməyəcəyi isə sual altındadır... Hər halda ,biz sakinlərin problemlərini nəzərə çatdırdıq. Onların çətinliklərinin həll edilib edilməməsi isə artıq aidiyyatı qurumların insafına qalıb. Geri qayıt |