Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakı Olimpiya Stadionuna direktor təyin edilib
Bakı Olimpiya Stadionuna direktor təyin edilib21-10-2015, 11:47 |
![]() Gənclər və İdman Nazirliyi Bakı Olimpiya Stadionunu AFFA-ya uzunmüddətli təmənnasız istifadəyə verib. Apasport.az saytının məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə assosiasiyanın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev Bakı Olimpiya Stadionuna direktor təyin olunub. Qarayev UEFA-nın Marketinq Məsləhətverici Komitəsinin üzvü, FİFA-nın MA Xidmətləri və Peşəkarlıq Proqramının (MASP) konsultantıdı. Geri qayıt |