Əsas Səhifə > Güney Press / Ana xəbər > Dörd gün əvvəl saxlanılmış MTN-in generalı təcridxanada infarkt keçirdi
Dörd gün əvvəl saxlanılmış MTN-in generalı təcridxanada infarkt keçirdi21-10-2015, 09:40 |
|
Bir neçə gün əvvəl DİN, Baş Prokurorluq və XDMX-nın MTN-də birgə keçirdikləri əməliyyat zamanı həbs olunmuş general Teymur Quliyevin səhhəti pisləşib. JAM.AZ-a verilən məlumata görə, MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyev qəfil infarkt keçirib və təcili olaraq yerləşdirildiyi təcridxanadan hospitallardan birinə aparılıb. Hazırda durumunun orta-stabil olduğu deyilir. JAM.AZ-a verilən məlumata görə, Teymur Quliyevin infarkt keçirməsinin səbəbi həddindən artıq həyacanlı və əsəbi olması olub. İddia edilir ki, qoluna qandal vurulması generala həddindən artıq pis təsir edib. Geri qayıt |