Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: MƏMURUN В«PRİTONВ»UNDA ƏMƏLİYYAT

ŞOK: MƏMURUN В«PRİTONВ»UNDA ƏMƏLİYYAT


17-08-2012, 17:39
ŞOK: MƏMURUN В«PRİTONВ»UNDA ƏMƏLİYYAT

BAKIDA ƏXLAQSIZLIQ YUVASI SAXLAYAN KİMDİR?

DİA.AZ: - Bu anlarda hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən aldığımız məlumatlardan aydın olur ki, Bakının Nizami rayonu ərazisində yerləşən və əlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektlərdən birinə basqın edilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində obyektdə qadın alveri məqsədilə istifadə olunması təsdiqlənib. Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, amma əməliyyatın üstündən on dəqiqə keçməmiş hakimiyyətin ünlü simalarından biri işə qarışaraq, obyektlə bağlı həyata keçirilən əməliyyatı durdurub və hüquqi sənədlər məhv edilib.

Onu da bildirək ki, əməkdaşımızla söhbətində mənbə əxlaqsızlıq yuvasının arxasında dayanan məmurun çox ciddi fiqur olduğunu bildirsə də, nə onun adını çəkib, nə də obyektlə bağlı əlavə məlumat verib. Sadəcə olaraq, bildirib ki, artıq məlumat yayılarsa, lazımi ünvanlar məsələnin nə yerdə olduğunu biləcək.

Onu da xatırladaq ki, keçən il ABŞ Dövlət Departamenti adından hazırlanan hesabatda da bildirilirdi ki, Azərbaycanda əksər əxlaqsızlıq yuvaları yerli məmurlar tərəfindən himayə olunur.

Geri qayıt