Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Bakıda apteklərdə qanunsuz psixotrop dərmanlar satılır
Bakıda apteklərdə qanunsuz psixotrop dərmanlar satılır14-10-2015, 08:06 |
Qafqaznews.az bir neçə aptekdə reydlər keçirib. Reyd zamanı Bakıda bir neçə aptekdə reseptsiz, dövlət tərəfindən satışı qadağan olunmuş psixotrop dərmanların satışı aşkar olundu. Qafqaznews.az-ın əməkdaşları Nərimanov rayonu ərazisində Azadlıq prospekti 235 C ünvanında yerləşən “Elnur” aptekində və qonşuluqda Azadlıq 235 D ünvanında yerləşən aptekdə dövlət tərəfindən qadağan olunmuş Lyrica , Tramadol, Tropin, Contramal dərmanlarının satışı ilə məşğul olan əczaçıların çəkilişini aparıb. Sonra əməkdaşımız Nəsimi rayonu ərazisində Asif Məhərrəmov 54 ünvanında, “İmperial” şadlıq sarayının binasına bitişik “Ekonom” aptekdə də çəkiliş apararaq eyni mənzərəni “lentə alıb”. Həmin aptekin satıcısı da dövlət tərəfindən satışı qadağan olunan Lirika psixotrop dərmanını satarkən əməkdaşımız tərəfindən çəkilib. Apteklərlə bağlı araşdırmalarımız davam edir. Bizi izləyin. Geri qayıt |