Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputat cib müxalifəti yaradıb

Deputat cib müxalifəti yaradıb


1-10-2015, 09:55
Deputat cib müxalifəti yaradıb
Deputat Tahir Rzayev seçkidə cib müxalifəti təşkil edib

Onun 82 saylı Ağcabədi Seçki Dairəsindən rəqibləri özünə yaxın şəxslərdir.

Verilən məlumata görə, deputatın bu seçkidəki alternativləri Şahsevən kənd məktəbinin müəllimi Mahir Bağırlı, Ağcabədi Pedaqoji Kollecində müavin Rövşən Bayramovdur.

Həmçinin Hacıbədəlli kənd məktəbinin direktoru Feyzulla Feyzullayev, İprotex şirkətinin yerli filialının müdiri Rauf Həsənov, işsiz Tariyel Mirzəyev də ona rəqib sayılır.

Mənbə bildirir ki, T.Rzayev seçkilərdə şou yaratmaq naminə bu şəxslərlə anlaşıb.(tia.az)

Geri qayıt