Əsas Səhifə > Güney Press / Ana xəbər > "Allah xatirinə mənə kömək edin, yalvarıram"
"Allah xatirinə mənə kömək edin, yalvarıram"30-09-2015, 09:51 |
|
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili, hörmətli birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə Fövqəladə Hallar Naziri cınab Kəmaləddin Heydərova İsmayıllı rayon Aşagıbaş kənd sakini Şahməmmədov Rasim Eldar oğlu tərəfindən ƏRİZƏ Bu ərizəmlə yazıb sizə məlum edirəm ki, ailəliyəm, 7 yaşında bir oğlum var. Özüm də 2010-cu ildə avtomobil qəzasına düşmüşəm. Onurğam sınıb. İndi isə nə gəzə, nə də otura bilirəm. 5 ildir ki, yataqdayam. Çox çətin vəziyyətdəyəm, həkimlər əməliyyat olunsam sağala biləcəyimi deyirlər. Əməliyyatım Almaniya və İsraildədir. Xahiş edirəm, Allah xatirinə mənə kömək edin, yalvarıram. Öncədən özümün və ailəm adından sizə dərin minnətdarlıgımızı bildiririk. İnanıram ki, bu məktubum cavabsız qalmayacaq. Geri qayıt |