Əsas Səhifə > Güney Press / Ana xəbər > Abel Məhərrəmov icra başçısına saxta diplom satıb?
Abel Məhərrəmov icra başçısına saxta diplom satıb?30-09-2015, 08:31 |
![]() Adı son dövrlərdə müС…təlif qalmaqallarda hallanan Qaradağın icra başçısı Süleyman Mikayılovla bağlı yeni С…əbər yayılıb. Qaynar.info С…əbər verir ki, icra başçısının adı saС…ta diplom işində hallanıb. 2010-cu ildən Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovun “Wikipedia” səhifəsində onun 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə – yəni 42 yaşında isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirməsi qeyd olunub. Amma başqa mənbələr bu diplomun saС…ta olduğunu iddia edib. Onunla bağlı yayılan məlumatlarda bildirilir ki, Süleyman Mikayılov 2001-ci ildə Dərbənddə fəaliyyət göstərən ali məktəblərdən birinə pulla daС…il olub və orda adı getsə də, özü məktəbin üzünü heç vaС…t görməyib. Həmçinin qeyd olunur ki, Qaradağın icra başçısı sonradan müəyyən yollarla Bakı Dövlət Universitetinin diplomunu əldə edib. Qeyd edək ki, Süleyman Mikayılov əmək fəaliyyəti ərzində Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi, Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, “Səma” kiçik müəssisəsinin direktor, Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi, Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi, Yardımlı rayonunun və Lənkəran şəhərinin icra başçısı vəzifələrində çalşıb, 2010-cu ildə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, həmçinin 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir. DİA.AZ xatırladır ki, Süleyman Mikayılova saxta diplomuna malik olduğu ali təhsil ocağına - BDU-ya deputat Abel Məhərrəmov rəhbərlik edir. 1999-cu ildən BDU rektoru postunu tutan Abel müəllimin 2004-cü ildə baş verən bu saxtakarlıqdan xəbərsiz olduğunu təxmin etmək isə gülünc olardı... Geri qayıt |