Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > 23 illik fironluq heç fironlara da nəsib olmayıb...

23 illik fironluq heç fironlara da nəsib olmayıb...


29-09-2015, 07:56
23 illik fironluq heç fironlara da nəsib olmayıb...
DİA.AZ: - Redaksiyamıza Xocavənd rayon sakini Quliyev Aslan tərəfindən rayondakı mövcud ab-havanı əks etdirən bir məqalə ünvanlanıb. DİA.AZ olaraq həmin məqaləni oxucularımıza təqdim edirik:

"Respublikamızın səhiyyə sistemində əsaslı islahatların həyata keçirildiyi və bir çox istiqamətlərdə kifayət qədər inkişafa nail olunmasına rəğmən, bu gün bəzi səhiyyə müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlər hələ də son dərəcə acınacaqlı vəziyyətdədir. Bu mövzuya dəfələrlə toxunaraq belə bir fikir irəli sürmüşdüm ki,Xocavənd səhiyyəsi,və təhsildə mövcud olan vəziyyətə görə rayonun icra hakimiyyəti ilə yanaşı respublikanın hüquq mühafizə orqanları da məsuliyyət daşıyırlar. Digər tərəfdən isə hər bir müəssisə rəhbəri özündə məsuliyyət hiss edərək haqqında olan şikayətlərə görə cavabdehlik daşımalıdır. Lakin bir çox hallarda biz bunun tam əksi ilə rastlaşırıq. Elə son vaxtlar barələrində ardıcıl olaraq çoxlu şikayətlər olunan Xocavənd rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov,keçmiş müavini Mustafayev Rəfail və Xocavənd mərkəzi xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova kimi.Onların haqqında nə qədər çox yazılsa demək olar ki onların hər üçü bundan ləzzət alırlar.Belə düşünürlər ki, barələrində nə qədər çox şikayətlər olsa, bir o qədər də güclü arxa tapacaqlar.Deyirlər ki, kim nə qədər istəyir şikayət etsin. .Onsuzda hər işə görə biz lazımi orqanlara xərac veririk. Baş həkim Nurəngiz Bəşirova isə daha irəli gedərək şikayət edənləri həbsxana ilə hədələyir.Hiss olunur ki,tək rayonun icra başçısı Hüseynov Eyvaz tərəfindən deyil,həm də səhiyyə naziri tərəfindən müdafiə olunur.yoxsa bu qədər şikayətlərə rəğmən köhnə ampulasında olmazdı.Hələ bəzi saytlarda bəziləri tərəfindən özünü təriflədib ikinci medal tələb etdirməzdi.Əlbətdə bütün bu işlərin günahkarı icra başçısıdır.Çünki ,rəhbərlik etdiyi rayonda (əgər buna rəhbərlik denmək mümkündürsə) xəstəxanada,təhsildə vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bilməmiş deyil.Cənab Prezidentin göstərişininə əsasən məcburi köçkünlər üçün evlər tikildi.Onun necə paylanmasını isə Hüseynov Eyvaz və Mustafayev Rəfaildən soruşan olmadı. Çünki onların əhaliyə vermək adı ilə satdıqları evlər elə onların gözləri qarşısında yenidən 2-3 dəfə baha qiymətə bu gün də satılır.Hüseynov Eyvazın hansı xidmətlərinə görə isə, dövlətin vəsaiti hesabına tikilmiş evlərdən , dövlət qaçqınkomun səlahiyyətli nümayəndələri xidməti ev adı ilə ona 10-15 ev h ədiyyə etdi.O həmin 4 otaqlı evlərdən birini özünə, birini müavini Rəfailə birini isə Mərkəzi Xəsataxanın baş həkiminə hədiyyə etdi, qalanlarını isə qorxudan hələ də əhalidən gizlədirlər.Hansı ki, o evlərə ehtiyacı olan məcburi köçkünlər yetərincədir.Onların hər üçünün isə demək olar ki, respublikanın müxtəlif yerlərində yetərincə evləri,villaları vardır. Bu üçlüyün isə sərgüzəştləri bununla bitmir.Haqlı olaraq əhali bunları üç müşketyor adlandırır.Çünki rayonda bu üçlük qədər stajlı məmur yoxdur.

1994 cü ildən başlayaraq dəfələrlə müxtəlif orqanlar,təşkilatlar tərəfindən yoxlanılıblar.Həmişə də ağlasığmaz cinayət əməlləri aşkar edilərək,barələrində cinayət işləri açılm ışdır.Ancaq hər dəfə başçının səyləri nəticəsində cəzasız qala bilmişlər.Elə ona görə də qanunsuz əməllərini bu gün də davam etdirirlər.Bir başa başçının çətiri altına sığınan baş həkimin bu gün rayonda kəsdiyi başa sorğu sual eləyən yoxdur.Dövlət xəstəxanasını şəxsi təsərrüfatı kimi idarə eləyir.Xəstəxanada “ölü canlar”saxlayaraq dövlətə külli miqdarda ziyan vurur.Dərmanların qutuları dəyişdirilərək (üstündə satışı qadağan olunub yazısına görə)başqa rayon apteklərinə satılır.Olan qopan işçilərdən hər ay kassa pulu adı ilə 3-5 manat pul yığılaraq mənimsənilir.0,25-0,50 akladla qeyri qanuni işçilər işə götürülür .Bütün bu qanunsuzluqlar bir başa başçının göstərişləri ilə edilir.

.Mustafayev Rəfailin əli ilə torpaqları müxtəlif adamlara satıb qurtarıblar.Bu gün Haramı ərazisində olan 6-7 min hektar torpaqdan bir hektar boş yer yoxdur.Hamısını kənar rayon sakinlərinə,imkanlı rayon məmurlarına və başçının yaxın qohumlarının adına sənədləşdirərək dövlətin verdiyi subsidiya pullarını mənimsəmişlər.Bir başa başçının göstərişi ilə, abadlıq işləri üçün ağac alınıb əkilməsinə yüz min matlarla vəsait silinmişdir.Hər ay idarələrdən yığılan pulları isə müxtəlif tədbirlər adı ilə bir başa başçının özü götürür.

Haqlı olaraq əhalini bir sual düşündürür.Görəsən respublikada bu üçlük qədər birlikdə işləyən, Barələrində bu qədər şikayət olunan ,adları müxtəlif maxinasiyalarda hallanan ikinci üçlük varmı? Bu rayonda cəzasızlıq nə qədər hökm sürə bilər?Yəqin ki, əlaqədar təşkilatlar bu suallara cavab verəcəklər.

Əgər Hüseynov Eyvazın əməlləri yoxlanılarsa, onun 23 ildə Xocavənd rayonun başına hansı oyunları açdığının şahidi olarıq. Ona yaxınlığı ilə seçilən 2-3 idarənin yoxlanması bəs edər ki, onun əməlləri üzə çıxsın. Bu illər ərzində rayonun idarə və müəssisələrində aparılan yoxlamalar isə bir başa başçının işə qarışmasından sonra yarımçıq dayandırılmış və cinayətkarlar cəzasız qalmışlar".

Qarşı tərəfi də dia-az.life olaraq dinləməyə hazırıq...
Geri qayıt