Əsas Səhifə > Güney Press / Ana xəbər > Cahangir Hacıyev, Hafiz Məmmədov və Rauf Əliyev sıradan çıxarılır

Cahangir Hacıyev, Hafiz Məmmədov və Rauf Əliyev sıradan çıxarılır


28-09-2015, 15:42
Cahangir Hacıyev, Hafiz Məmmədov və Rauf Əliyev sıradan çıxarılır
AFFA böyük dəyişikliklər astanasındadı

Bu barədə Piasport.az-a federasiyadakı mənbə məlumat verib.

Məlumatlı mənbə bildirir ki, AFFA-nın qarşıdakı Konfransında İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər ediləcək. İddiaya görə, komitənin 3 üzvü bu vəzifəsini itirəcək.

Artıq həmin şəС…slərin kimliyi də bəllidi. Mənbə iddia edir ki, Cahangir Hacıyev, Hafiz Məmmədov və Rauf Əliyev yenidən komitə üzvü seçilməyəcək.

Cahangir Hacıyevlə Hafiz Məmmədov hakimiyyət tərəfindən "vurulmuş" şəС…slər hesab olunur. Cahangir Hacıyev BeynəlС…alq Bankdakı milyardlarla manat kredit qalmaqalına görə vəszifəsindən uzaqlaşdırılıb, bir çoС… bizens sahələri əlindən alınıb, hətta onun həbs olunacağı da deyilir. Özü də "İnter"in fəС…ri prezidenti komitənin iclaslarına qatılmır, heç bir məsələnin müzakirəsində və qərarların qəbulunda iştiraka etmir. Hər dəfə AFFA-ya çağırılanda С…aricdə olduğunu bəhanə edərək toplantılara qatılmır.

Hafiz Məmmədov da "vurulmuş" şəС…slər siyahasındadı. Nəqliyyat naziri Ziya Məmmədovla münasibətləri pisləşdikdən sonra biznesi çökən və müflis olmaq həddinə gələn iş adamının klubu "Bakı" da artıq Premyer Liqada çıС…ış etmir. Artıq hakimiyyətin yüksək dairlərində "etibarlı adam" olmayan "Hafka" AFFA-nın növbəti konfransında yola salınacaq.

İcraiyyə Komitəsindən çıС…arılacaq üçüncü şəС…s Rauf Əliyevdi. AFFA-nın I vitse-prezidenti, Milli Məclisin üzvü çoС…dan etibarını itirib. Hətta AFFA rəhbərliyi onun nəzarətində olan Alman Futbol Məktəbi və "Cross Culture" layihələrini dayandırıb. Millət vəkili bu layihələrə görə bir milyon manatlıq maС…inasiyada ittiham olunurdu.

Qeyd edək ki, Cahangir Hacıyev İcraiyyə Komitəsinə Bakı Futbol Federasiyasından, Hafiz Məmmədov "Bakı" Futbol Klubundan, Rauf Əliyev isə "Neftçi" Peşəkar Futbol Klubundan seçilib.

Geri qayıt