Əsas Səhifə > Güney Press / Ana xəbər > Şəhid Həsənin məktubu ünvanına yetişdi

Şəhid Həsənin məktubu ünvanına yetişdi


26-09-2015, 10:26
Şəhid Həsənin məktubu ünvanına yetişdi
Xəbər verdiyimiz kimi, Kəlbəcərdə ermənilərin öldürdüyü Azərbaycan vətəndaşı, cəbrayıllı köçkün Həsən Həsənovun deputat Qənirə Paşayevaya ünvanlanmış məktubu üzə çıxıb. Mərhum həmin məktubda Qənirə Paşayevaya Qarabağa gedəcəyini əvvəlcədən bildirib.

Deputatın bu məktuba reaksiyası isə gecikmədi. Modern.az saytının məktubu dərc etməsindən dərhal sonra Qənirə Paşayeva Bakıya çatdığı gecə saatlarında Həsəngilin evində olub. Onun atası, anası, qardaşları, həyat yoldaşı, qızları və digər ailə üzvlərilə görüşüb.

Xanım deputat Qənitə Paşayeva şəhid Həsən Həsənovun atası Fərman kişiyə, anası Gilas xalaya səbr diləyib, belə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edib. Onlara möhkəm olmağa, başlarını daim dik tutmağa çağırıb.

Q.Paşayeva Həsənin azyaşlı qızları Özləm və Ləmana, həyat yoldaşı Vüsalə xanıma hər cür maddi və mənəvi dəstək olacağına söz verib. Özləmin dərslərdən əlaçı olması deputatın xüsusilə xoşuna gəlib. Ona “sən gələcəkdə savadlı bir həkim olacaqsan” deyib.

Q.Paşayeva təəssüflə bildirib ki, Həsən Həsənovun ona ünvanlanmış məktubu vaxtında ona çatmayıb…

Həsən Həsənov Kəlbəcər sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə 2014-cü il iyunun 29-da işğal altındakı Kəlbəcər rayonuna gedərkən işğalçı Ermənistan ordusu tərəfindən öldürülüb. Dilqəm və Şahbaz isə girov götürülüb və hələ də düşmən əsarətində saxlanılır.

Şəhid Həsənin məktubu ünvanına yetişdi
Şəhid Həsənin məktubu ünvanına yetişdi
Şəhid Həsənin məktubu ünvanına yetişdi

Geri qayıt