Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanı təhqir etdilər, AFFA UEFA-ya şikayət etdi
Azərbaycanı təhqir etdilər, AFFA UEFA-ya şikayət etdi23-09-2015, 11:04 |
|
Futzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya – Azərbaycan qarşılaşmasından əvvəl xoşagəlməz hal baş verib. BAKU.WS-in məlumatına görə, matç üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası öz əksini tapıb. Məsələ ilə bağlı AFFA-dan verilən məlumata görə, karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb. Bununla əlaqədar olaraq, AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib. Geri qayıt |