Əsas Səhifə > Güney Press / Ana xəbər > Tibb mərkəzinin direktoru qadın həkimdən polisə şikayət etdi

Tibb mərkəzinin direktoru qadın həkimdən polisə şikayət etdi


23-09-2015, 09:42
Tibb mərkəzinin direktoru qadın həkimdən polisə şikayət etdi
Bakıda fəaliyyət göstərən “Atlas” Tibb Mərkəzində mənimsəmə faktı qeydə alınıb.

Bu barədə “Report”a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, tibb mərkəzinin rəhbərliyi Xətai RPİ-yə ərizə ilə müraciət edib. Ərizədə bildirilib ki, orada həkim işləyən 39 yaşlı İradə Vəliyeva “Atlas” Tibb Mərkəzinin 35 min manat pulunu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, RPİ-yə daxil olan ərizəni “Atlas” Tibb Mərkəzinin direktoru imzalayıb.

Geri qayıt