Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısı ilə YAP-ın namizədi arasında qarşıdurma

İcra başçısı ilə YAP-ın namizədi arasında qarşıdurma


22-09-2015, 12:50
İcra başçısı ilə YAP-ın namizədi arasında qarşıdurma
Ağdamda seçki qalmaqallı başlayır

Raqub Məmmədov hazırda deputat olan Bəxtiyar Əliyevi müdafiə edir və buna görə də YAP-ın siyahısında yer alan Gülnar Abbasovanı gözümçıxdıya salıb.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov toplantıda Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 118 saylı Ağdam şəhər seçki dairəsindənYAP-ın namizədi olan Gülnar Abbasovanı hamının qarşısında, toplantıda tənbeh edib.

Bu barədə Azerinfo.org saytını məlumatlandıran mənbənin bildirdiyinə görə, icra başçısı rayon aktivinin toplantısında eynən aşağıdakıları söyləyib:

В«Bəziləri öz başlarından yekə işlər görürlər. Bizdən xəbərsiz Yeni Azərbaycan Partiyasından namizəd olurlar. Daha bilmirlər ki, seçki qurtarandan sonra yenidən öz iş yerinə qayıtmalı olacaq. Onda bu hörmətsizliyin cavabını necə verəcəklərВ».

Mənbə bildirir ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov açıq şəkildə hazırda 118 saylı Ağdam şəhər seçki dairəsindən deputat olan Bəxtiyar Əliyevi müdafiə edir. Qeyd edək ki, Bəxtiyar ƏliyevAMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Psixologiya Kafedrasının müdiridir. Onun adı davamlıolaraq bir çox qalmaqallarda, bir müddət əvvəl uzun müddət mətbuatın gündəmini məşğul edən Qaradağ karyerində karxana davasında, daha sonra saxta diplom işində hallanıb. Bəxtiyar Əliyev Sankt-Peterburq Xarici Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialını yaradıb. Yaratdığı filiala rəhbərlik edib. Həmin bu müddət ərzində 7 mindən artıq insana saxta diplom verdiyi iddia olunur. Hazırda saxta diplom alan insanların böyük əksəriyyətinin Aran Qarabağ rayonlarında çalışdığı bildirilir. Hətta bir zaman mətbuatda Bəxtiyar Əliyevin saxta diplom məsləsinə görə dindirildiyi barədə məlumatlar da yayılmışdı.

Ağdamdan daxil olan məlumata görə Bəxtiyar Əliyev bu günə qədər bir dəfə də olsun seçiciləri ilə görüşməyib. Hətta 2010-cu ildə seçki təbliğatı zamanı Ağdama gələn fəlsəfə professoru seçiciləri ilə girdiyi mübahisə zamanı seçicilərinə, В«Baxasaqsız, burdan deputat seçiləcəmВ», deyib və rayonu tərk edib. 2010-cu ildə sözünü tutuan Bəxtiyar Əliyev indi yenidən eyni seçicilərin səsi ilə deputat olmağa istəyir. Təbii ki, ötən seçkidə olduğu kimi yenidən seçicilərinə acıq verib onları təhqir belə etməyə hazırdır. Onun əsas təbliğatçısı rolunda isə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edir. İcra başçısının bütün idarə və müəssisə rəhbərlərinə artıq Bəxtiyar müəllim üçün səs toplamaq tapşırığı verdiyi iddia olunur.

Mənbə onu da qeyd edir ki, Raqub Məmmədovun YAP-ın namizədi olan Gülnar Abbasovanı gözümçıxdıya salmasının əsas səbələrindən biri Ağdamın baş həkiminin həyat yoldaşı, bir zamanların məşhur futbolçularından olan Elbrus Abbasovun Ağdam başçı gəlmək istəyidir. Hazırda Elbrus Abbasovun müxtəlif kanallarla Raqub Məmmmədovun yerinə keçmək üçün göstərdiyi fəaliyyətlər Raqub Məmmədovu əsəbləşdirir. Gülnar Abbasovanın ondan gizli şəkildə YAP-dan namizəd olması isə icra başçısını tamamilə özündən çıxarıb.

Geri qayıt