Əsas Səhifə > Güney Press / Ana xəbər > Vüqar əfv oluna bilər, amma Lamiyə etiraz edir...
Vüqar əfv oluna bilər, amma Lamiyə etiraz edir...22-09-2015, 10:20 |
|
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum olunan Vüqar Əliyev əfv oluna bilər. Bunu AzVision.az-a açıqlamasında Vüqar Əliyevin vəkili Adəm Məmmədov deyib. Vəkilin sözlərinə görə, Vüqar Əliyevin əfv olunması ilə bağlı Əfv Komissiyasına müraciət edilib: “Hər şey prezidentin sərəncamından aslıdır. Biz müraciətimizi göndərmişik”. A.Məmmədov V. Əliyevin Lamiyə Quliyevaya görə ailəsindən boşanması ilə bağlı mətbuatda yayılan xəbərlərə də münasibət bildirib. Qeyd edib ki, cütlük arasındakı söz-söhbət qısqanclıq zəmnində yaranıb. “Biz Lamiyənin adından istidafə edərək Vüqar Əliyevin azadlığa buraxılmasına çalışmırıq. Bütün bunlar söz söhbətdir. Vüqarla həyat yoldaşının arasında qısqanclıq yaşanıb. Ona görə məsələ gəlib, bu həddə çatıb. Vüqarla həyat yoldaşı artıq boşanırlar. Bu xəbəri Vüqarın anası mətbuata yayıb. Lamiyənin Vüqarın keçmiş nişanlısı olması onlar arasında müəyyən problemlərin yaşanmasına səbəb olub”. Qeyd edək ki, mətbuat səhifələrində Vüqar Əliyevin həyat yoldaşı Aynurə Əliyevdan ayrılması ilə bağlı xəbər yayılıb. A. Əliyevanın Vüqardan boşanmaq üçün məhkəməyə müraciət etdiyi bildirilir. Cütlüyün ayrılma səbəbi kimi L. Quliyevanın uşağına Vüqar adını qoyması göstərilir. L. Quliyeva barəsində yayılan ittihamlara münasibət bildirib. O, Vüqar Əliyevlə münasibətlərinin olmadığını qeyd edərək adının bu məsələdə hallanmasına etirazını bildirib. Keçmiş xanım məhkumun sözlərinə görə, V. Əliyevin ailəsi onun adından istifadə edir. “Xahiş edirəm onlar mənim adımı hallandırmasınlar. Onlar bəlkə də Vüqarın azadlığa buraxılması məsələsi ilə gündəmə gəlmək istəyirlər. Mən özümə sakit bir həyat seçmişəm. Oğlum, ailəmlə birlikdə sakit həyatımı yaşayıram. Vüqarın özü, ailəsi və yaxud arvadı mənim nəyimə lazımdır? Bunlar məndən nə istəyirlər? Əl çəksinlər məndən”. Geri qayıt |