Əsas Səhifə > Güney Press / Ana xəbər > Erməni müxalifətçi Bakıda Sarkisyanı ifşa edir
Erməni müxalifətçi Bakıda Sarkisyanı ifşa edir18-09-2015, 12:01 |
|
“Cinayətkar Sarkisyan rejiminə görə ölkəmizdən qaçıb Azərbaycana gəlmişik” AzVision.az xəbər verir ki, bu fikirləri Sarkisyan rejiminin təzyiqlərindən qaçaraq Azərbaycana sığınan Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” ictimai birliyinin rəhbəri Vahan Martirosyan bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib. Erməni müxalifətçi bildirib ki, o və ailəsi Azərbaycanda mehribanlıqla qarşılanıb. “Azərbaycan məni mehribanlıqla qarşıladı. Burada mənə və ailəmə qarşı heç bir təzyiq göstərilmir. Mən Ermənistanda cinayətkar Sarkisyan rejiminə qarşı mübarizə apardığım üçün təzyiqlərə məruz qalırdım. Odur ki, Sarkisyanın adamları məni və ailəmi döyüb, təhqir ediblər”-deyə erməni QHT rəhbəri vurğulayıb. V.Martirosyanın fikrincə, Dağlıq Qarabağ Ermənistan tərəfindən yaradılan süni problemdir. Bundan əlavə erməni müxalifətçi diqqətə çatdırıb ki, Sarkisyan xarici təşkilatlardan pul dilənir. “Sarkisyan öz rejiminin müddətini artırmaq üçün Avropa Komissirına 10 milyon dollar rüşvətverməyə hazırdır”. Geri qayıt |