Əsas Səhifə > Güney Press / Ana xəbər > “Türk Birliyini gerçəkləşdirəck Milli Parlamentə çox ehtiyacımız var”

“Türk Birliyini gerçəkləşdirəck Milli Parlamentə çox ehtiyacımız var”


18-09-2015, 11:28
“Türk Birliyini gerçəkləşdirəck  Milli Parlamentə çox ehtiyacımız var”
1 noyabr 2015-ci ildə keçiriləcək Azərbaycan Parlamentində 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən bitərəf olaraq namizədliyi irəli sürülnmüş, AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərov (Qəzənfəroğlu) bildirib ki, Azərbaycanda sözün həqiqi mənasında gənc, yeni və milli ruhlu Milli Parlamentin formalaşmasına СЃiddi şəkildə ehtiyac vardır. Onun sözlərinə görə, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Parlamentinin ruhunu yenidən dirçəltməliyin zamanı gəlib. F.Ələkbərov “Azərbaycan Parlamenti milli ruhlu ziyalıların, aydınların Məclisi olmalıdır! Azərbaycan Parlamentindən milli ziyalıların, milli aydınların səsi gəlməlidir!!! Azərbaycan Parlamentində nə Sovet-Rus köləliyinin, nə də Avropa imperializminin izi-tozu belə olmamalıdır. Azərbaycan Parlamentində Azərbaycan xalqının, Azərbaycan Türklərinin iradəsi hər şeydən öndə tutulmalıdır! Mən inanıram ki, Azərbaycan Parlamentinin tamamilə yeni, gənc və milli ruhda seçilməsinin zamanı gəlmişdir. Çünki bu gün Türk Birliyini gerçəkləşdirəck Milli Parlamentə çox ehtiyacımız var”.
F.Ələkbərov onu da bildirib ki, Azərbaycanda Türk Birliyi ideyasının güclənməsi Orta Orta Asiyadaki Türk respublikalarına da ciddi təsir göstərəcək: “Çox yazıqlar olsun ki, Orta Asiyadaki Türk respublikaları Rusiya, ABŞ, ya da Çinin təzyiqi ilə bir gücə çevrilə bilmirlər. Bu anlamda Orta Asiyadakı Türk respublikalarının durumu çox da ürək açan deyildir. Amma bütün bunlarla yanaşı burada Qazaxıstan və Qırğızıstanı fərqləndirmək lazımdır. Qazaxıstan elm və təhsildə türkçülüyə verdiyi önəmə görə öndədir. Azərbaycanda Türk Birliyinə güclü dəstək verəcək Parlament formalaşsa, dünyada yeni bir qüvvə - Türk Birliyi meydana çıxa bilər!. Azərbaycan Türk millətini öldü bilənlər çox yanılırlar! Bizlər, Dədə Qorqutların, Qazan xanların, Şəmsəddin Eldəgəzlərin, Qızıl Arslanların, Alp Arslanların, Uzun Həsənlərin, Qara Yusiflərin, Şah İsmayılların, Şah Təhmasiblərin, Nadir şahların, Ağa Məhəmməd şah Qacarların, Məhəmməd Əmin Rəsulzadələrin, Cavad Xanların övladlarıyız! Bu gün də varız, yarın da olacağız!!!”.
Bu məqsədlə millət vəkiliyinə namizədliyinin irəli sürülməsinə razılıq verdiyini bildirən F.Ələkbərova görə, Azərbaycanda yeni və milli təfəkkürlü nəslin yetişdirilməsi üçün çox geriyə düşmüşük. Ona görə də, artıq yeni və milli nəsil üçün mücadilə verməyə tələsməliyik: “Elə bir nəsil ki, birinci namus yeri olan torpağına sahib çıxsın! Aliminə və müəlliminə dəyər versin! Müəllim tələbəsinin, tələbə isə müəlliminin gözünə həmişə dik baxa bilsin. Bir sözlə, məktəblər, universitetlər məbədgahımız olsun, qarğış və rüşvət yerimiz deyil! Eyni zamanda tibb ocaqlarına, orada çalışan həkimlərimizə ümid və sağlıq yerimiz kimi baxmaq üçün çalışmalıyıq”.
O bildirib ki, bu gün Azərbaycan Parlamentində təmsil oluna biləcək yüzlərlə milli ruhlu gənc aydınlar vardır. Sadəcə, onların səsləri az eşidilir. F.Ələkbərov: “Onlar bu vətən və millət üçün hər an şəhid və qazi olmağa hazırdırlar! Vətən qazisi və şəhidi! Millət qazisi və şəhidi!”.

diaaz.space

Geri qayıt