Əsas Səhifə > Güney Press / Ana xəbər > Devrilmiş başçı hardadır?
Devrilmiş başçı hardadır?16-09-2015, 11:09 |
![]() Quba qiyamında devrilən icra başçısı işsiz qalıb. Rauf Həbibov hazırda heç bir yerdə fəaliyyət göstərmir. TİA.AZ-a özəl mənbədən verilən xəbərə görə, 2012-cü ildə xalq üsyanı ilə istefaya göndərilən R.Həbibov hələ də təyinat almayıb. Mənbənin sözlərinə görə, devrilmiş başçının Nəqliyyat Nazirliyində şöbə müdirliyinə təyin olunduğu xəbərləri təsdiqini tapmayıb. Hazırda sabiq icra başçısı vaxtını ailəsi ilə keçirir. Qeyd edək ki, Rauf Həbibov 2007-ci ildə Qubanın icra başçısı təyin edilib. 2012-ci ilin fevral ayının sonunda Rauf Həbibovun qubalıları təhqir etməsi böyük etiraza səbəb olub və martın 2-də Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub. Geri qayıt |