Əsas Səhifə > Güney Press / Ana xəbər > Xətainin icra başçısı səhvini düzəltdi
Xətainin icra başçısı səhvini düzəltdi12-09-2015, 10:23 |
![]() Virtualaz.org saytı dünən “Xətainin icra başçısı prezidentə belə yalan danışır”başlıqlı məqalə dərc etmişdi. Həmin yazıda bildirilirdi ki, prezident İlham Əliyevin Xətai rayonu, Əhmədli qəsəbəsindəki 5 saylı texniki-peşə liseyinin açılışında iştirak edəcəyi gözlənilir. Yerli icra hakimiyyəti orqanları dövlət başçısının gəlişi ərəfəsində qəsəbədə müəyyən abadlıq işləri görüblər. Lakin liseyin yaxınlığındakı ərazilərin abadlaşdırılması zamanı kuryozlar da olub. Bu da ondan ibarətdir ki, həmin ərazinin yalnız məhdud bir hissəsi abadlaşdırılıb. Məmurlar yalnız prezidentin gözünə dəyə biləcək ərazilərdə asfaltlama, rəngləmə və təmir işləri aparıblar, qalan yerlər isə əvvəlki kimi bərbad durumda qalıb. Prezidentin keçib gedəcəyi ərazidən 20 metr o tərəfdə isə asfaltlanmış yol qurtarır. Elə rənglənib ağardılmış hasar da, yaşıllıq zolağı da. Və adi Əhmədli başlayır. Yəni Xətainin icra başçısı burada bir növ “Potyomkin kəndi” yaradıb. Bu yazı saytımızda dərc ediləndən sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı şəxsən özü dünən həmin əraziyə baş çəkib. Onun Əhmədliyə gedişindən sonra isə qəsəbənin bütün ərazisinin abadlaşdırılmasına başlanılıb. Geri qayıt |