Əsas Səhifə > Güney Press / Ana xəbər > Nəqliyyat nazirinin oğlunun avtobusları xətdən çıxarıldı
Nəqliyyat nazirinin oğlunun avtobusları xətdən çıxarıldı10-09-2015, 12:29 |
|
Bakıda "Transgate" MMC-yə məxsus bütün marşrut avtobusları xətdən kənarlaşdırılıb. Şirkətə məxsus marşrut xətləri isə başqa daşıyıcılara verilib. Bunu "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib. Onun sözlərinə görə, şirkətə məxsus avtobuslar istifadəyə yarasız olub və nəticədə xətdən uzaqlaşdırılıb: "Bu yaxınlarda "Transgate"ə məxsus avtobusda yanğın baş verib və digər texniki nasazlıqlar da qeydə alındığı üçün həmin avtobuslar xətdən çıxarıldı. Bunun əvəzində başqa daşıyıcılara məxsus daha müasir və keyfiyyətli avtobuslar xəttə çıxarılıb, yəni hazırda eyni xətlə başqa daşıyıcıların yeni avtobusları hərəkət edir". Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə "Transgate" MMC-nin sahib Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Geri qayıt |