Əsas Səhifə > Güney Press / Ana xəbər > Müdafiə Nazirliyi Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib
Müdafiə Nazirliyi Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib9-09-2015, 11:17 |
|
Azərbaycan Müdafiə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib. APA-nın məlumatına görə, nazirlik icra hakimiyyəti tərəfindən verilən sərəncamın, orderin, qeydiyyat vəsiqəsinin etibarsız sayılması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan nazirlik apellyasiya şikayəti verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır. Geri qayıt |