Əsas Səhifə > Güney Press / Ana xəbər > "Azenco" tikinti şirkətini məhkəməyə verdi

"Azenco" tikinti şirkətini məhkəməyə verdi


9-09-2015, 10:53
"Azenco" tikinti şirkətini məhkəməyə verdi
"Azenco" Açıq Səhmdar Cəmiyyəti (ASC) "MAXX Tikinti-Servis" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

“Report”un məlumatına görə, "Azenco" alqı-satqı müqaviləsi üzrə borc tələbi irəli sürüb.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Azenco" şirkəti dövlət müəssisəsi olan “Azerenerji” ASC-nin tərkibində "Azerenerjitikinti" MMC adı altında fəaliyyət göstərib. Bir müddət sonra "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Şirkətin xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir.

Geri qayıt