Əsas Səhifə > Güney Press / Ana xəbər > "Donetsk və Luqansk referendum keçirib Rusiyaya birləşməyə hazırlaşır"
"Donetsk və Luqansk referendum keçirib Rusiyaya birləşməyə hazırlaşır"1-09-2015, 12:00 |
![]() Ukraynanın şərqindəki Luqansk və Donetsk “xalq respublikaları” yerli seçkilərdən sonra referendum keçirib Rusiyaya birləşməyə hazırlaşır. Virtualaz.org saytı xəbər verir ki, bu haqda gazeta.ru Kremlə yaxın olan və Ukrayna istiqaməti üzrə işləyən iki mənbəyə istinadən yazıb. Bir mənbə deyib ki, referendumla bağlı müzakirələr bu “respublikaların” birinci şəxsləri səviyyəsində müzakirə olunur, ancaq yekun ssenari yerli seçkilərdən sonra qəbul ediləcək. Lakin Rusiya nəşri hesab edir ki, referendum keçirilsə belə bu, Kiyevə əlavə təzyiq vasitəsi olacaq. Real olaraq Rusiyaya birləşməkdən isə hələ söhbət getmir. Geri qayıt |