Əsas Səhifə > Güney Press / Ana xəbər > В«ABU petrolВ»da daha bir ŞOK – 63 litrlik çənə 67 litr В«vurdularВ»
В«ABU petrolВ»da daha bir ŞOK – 63 litrlik çənə 67 litr В«vurdularВ»31-08-2015, 14:54 |
|
Samir adlı oxucu Avtosfer.az-a Bakıda yanacaqdoldurma məntəqəsində aldadılması ilə bağlı müraciət edib. Müraciətdə bildirilir ki, bu gün – avqustun 31-də günorta saatlarında Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən В«ABU PetrolВ» (В«ABU ArenaВ» yaxınlığında) yanacaqdoldurma məntəqəsində vətəndaşı aldadıblar: В«Həmin yanacaqdoldurma məntəqəsində A-92 markalı benzin aldım. В«BMW 318iВ» markali avtomobil idarə edirəm. Maşın 2 motordur, 2002-ci ildə buraxılıb. Yanacaq çəninin tutumu 63 litrdir və mən yanacaqdoldurma məntəqəsinə daxil olanda çəndə 7-8 litr benzin var idi. Çəni tam doldurmaq üçün sifariş verdim. 66.93 litr benzin vuruldu. Menecerə yaxınlaşıb şikayetimi bildirdim ki, 63 litrlik çənə 67 litri necə vurursuz? Hələ çəndə 7 litr də benzin vardı. Amma şikayətimin bir faydası olmadıВ».. Avtosfer.az saytı olaraq bu kimi şikayətlərlə son vaxtlar tez-tez rastlaşırıq. Bu üzdən də sürücüləri ayıq-sayıq olmağa, aidiyyatı qurumları isə nəzarət tədbirlərini gücləndirməyə çağırırıq. Geri qayıt |