Əsas Səhifə > Güney Press / Ana xəbər > YAP namizəd siyahısını niyə açıqlamır?

YAP namizəd siyahısını niyə açıqlamır?


28-08-2015, 11:38
YAP namizəd siyahısını niyə açıqlamır?
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu ilin noyabrında keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hazırdır.

Bu barədə AzVision.az-a açıqlamasında partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

H. Paşayev YAP-ın deputatlığa namizədlərinin siyahısının prezident İlham Əliyevin sərəncamından sonra elan olunacağını diqqətə çatdırıb.

“Bəzi KİV-lər bizə istinad etmədən məlumat yayırlar ki, YAP bu gün namizədlərinin siyahısını açıqlayacaq. Bu məlumatlar həqiqəti əks etdirmir. Onlar münəccimliklə məşğuldurlar. YAP deputatlığa namizədlərinin siyahısını Azərbaycan Prezidenti İlham Əliyevin V çağırış Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı sərəncamından sonra açıqlayacaq və bundan sonra seçki kampaniyasına rəsmi start verəcək”.

Geri qayıt