Əsas Səhifə > Güney Press / Ana xəbər > "AtaBank"ın Müşahidə Şurasının üzvü dünyasını dəyişib
"AtaBank"ın Müşahidə Şurasının üzvü dünyasını dəyişib27-08-2015, 10:08 |
![]() . "AtaBank" ASC-nin Müşahidə Şurasının üzvü Rövşən Şəmsi oğlu Həsənov dünyasının dəyişib. Bu barədə "APA-Economics"ə bankdan məlumat verilib. R. Həsənov D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq Təsərrüfatın iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib. Əmək fəaliyyətinə 1987-ci ildə Sənaye Tikinti Bankında Mühasib vəzifəsində başlayıb və 1987-1989-cü illərdə respublikada fəaliyyət göstərən kommersiya banklarında bir sıra vəzifələrdə çalışıb. 1989-1991-ci illər ərzində Maliyyə Nazirliyində Tikinti Kompleksinin maliyyələşdirilməsi şöbəsinin Böyük İqtisadçısı, daha sonra isə Tikinti Kompleksinin Nəqliyyatın və rabitənin maliyyələşməsi şöbəsində II dərəcəli iqtisadçı vəzifəsi tutub. 1991-2000-ci illər ərzində özəl sektorda çalışıb. 2002-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankında Strategiya və proqnozlaşdırma Departamentinin Baş iqtisadçısı sonra isə Əməliyyat Departamentinin Xəzinədarlıq Əməliyyatları şöbəsinin rəisi qismində çalışıb. 2004-2007-ci illərdə "Kapital Bank" ASC-də Nağd vəsaitlərlə iş Departamentinin Nağd vəsaitlərin dövriyyəsi şöbəsinin rəisi vəzifəsini tutub. R. Həsənov 2007-ci ildən "AtaBank" ASC-nin Müşahidə Şurasının üzvüdür. Geri qayıt |