Əsas Səhifə > Güney Press / Ana xəbər > Cavid Qurbanovun işçiləri etiraza qalxdı...
Cavid Qurbanovun işçiləri etiraza qalxdı...26-08-2015, 12:51 |
![]() Avqustun 26-da 40-dək dəmiryolçu Prezident Administrasiyasının qarşısında toplaşıb etiraz aksiyası keçirirlər. Bu haqda "Azadlıq" radiosuna aksiyaçılardan biri - Mələk Əliyeva deyib. Etirazçılar 2001-ci ildən yığılan əmək haqlarının, ezamiyyət pullarının ödənilməsini tələb edirlər. Bundan başqa, işdən çıxarılan dəmiryolçuların işə bərpasını istəyirlər. В«Dəmiryol İdarəsində iki əməkhaqqı cədvəli olub. Dəmiryolçular 300-500 manata qol çəksələr də, 80-100 manat maaş alıblar. Son etirazlardan sonra bu məbləğ 200 manata qaldırılıb. Biz maaşımızın yerdə qalanını tələb edirikВ», - dəmiryolçu qadın deyib. Mələk Əliyeva oturaq aksiya keçirmək niyyətində olduqlarını bildirib: В«Maaşımız ödənilməyənə qədər Prezident Administrasiyasının qarşısını tərk etməyəcəyikВ». Bu, dəmiryolçuların ilk aksiyası deyil. Onlar bundan əvvəl də iş və əməkhaqqı tələbiylə etiraz ediblər. Rəhbərlik bu məsələnin yoluna qoyulacağını vəd edib. Geri qayıt |