Əsas Səhifə > Güney Press / Ana xəbər > Yüksək vəzifəli məmurun anası və qardaşı Bakıda yol qəzasında öldü
Yüksək vəzifəli məmurun anası və qardaşı Bakıda yol qəzasında öldü26-08-2015, 12:36 |
![]() Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Xəqani Səfərovun qardaşı Bulud Səfərov və anası Xatın Səfərova yol qəzasında ölüb. "Report"un məlumatına görə, hadisə Bakı şəhərində baş verib. Belə ki, qəzada ağır bədən xəsarətləri alan B.Səfərov və X.Səfərova xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |