Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiyalı biznesmen işğal altında olan İstisuda istirahət mərkəzi tikir

Rusiyalı biznesmen işğal altında olan İstisuda istirahət mərkəzi tikir


24-08-2015, 10:28
Rusiyalı biznesmen işğal altında olan İstisuda istirahət mərkəzi tikir
Rusiyalı biznesmen Aleksey Korepanov Azərbaycanın işğaı altındakı Kəlbəcər rayonunda investisiya layihəsi gerçəkləşdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, biznesmen öz diqqətini Kəlbəcərin müalicəvi termal sularla zəngin İstisuya yönəldib.
Korepanovun yatırdığı investisiya hesabına İstisuda istirahət mərkəzi inşa olunur.

Tikinti işlərinin noyabr ayında yekunlaşması gözlənilir. Qarabağdakı separatçı rejimin rəsmiləri də əcnəbi investisiyalar hesabına tikilən layihəyə dəstək olurlar.



Geri qayıt