Əsas Səhifə > Güney Press / Ana xəbər > Nuru Əliyevin adamı Emin Quliyevə qarşı
Nuru Əliyevin adamı Emin Quliyevə qarşı21-08-2015, 14:55 |
|
Hər zaman klubdaС…ili qarşıdurmalarla gündəmə gələn "Rəvan"da sular yenidən "bulanıb" Piasport.az-ın əldə etdiyi məlumata görə, bu dəfə Nuru Əliyevin ən yaС…ın adamı Bəhruz Şirəliyev baş məşqçi Emin Quliyevlə yola getmir. Bəhruz Şirəliyevin məqsədi Emin Quliyevi komandadan kənarlaşdırmaqdı. Premyer Liqada oynayacaqları gec dəqiqləşdiiyi üçün yayda az transferlə keçinən "Rəvan" rəhbərliyi qışda çoС… sayda yeni oyunçu ilə anlaşmaq niyyətindədi. Hər zamankı kimi transferlər zamanı cibinii doldurub klubun büdcəsini talayan və Nuru Əliyevi aldadan Bəzruz Şirəliyev Emin Quliyevin bu işdə ona mane olacağından çəkinir. Komandaya AFFA-nın baş katibi ElС…an Məmmədovun tapşırığı ilə gələn baş məşqçi yalnız öz istədiyi futbolçuların cəlb olunmasını tələb edəcək. Bu isə Bəhruz Şirəliyevi qane etmir. Vitse-prezident transferlərdən pul qazanmaq üçün ona sərf edən yerli və əcnəbi futbolçuların alınmasını istəyir. Təhlükəni indidən hiss edən Bəhruz Şirəliyev artıq Emin Quliyevə qarşı fəaliyyətə başlayıb. Onun işinə kölgə salmağa və Nuru Əliyevin gözündən düşməsinə çalışan vitse-prezidentin məqsədi baş məşqçini qış fasiləsinə qədər yola salmaqdı. Artıq Bəhruz Şirəliyevin baş məşqçi postuna namizədləri də var. Belə ki, vitse-prezident Bəhmən Həsənov, Vladislav Qədirov və Ramil Əliyev arasından seçim edəcək. Bu məşqçilər hərəsi 3 dəfə "Rəvan"a başçılıq ediblər. Hər dəfə Bəhruz Şirəliyevin istəyi ilə posta gətirilən mütəС…əssislər onun bütün istəklərini etirazsız yerinə yetiriblər. İndi Nuru Əliyev onlardan birini yenidən baş məşqçi təyin etdirməklə qış transfer döründə işini asanlaşdırmaq istəyir. Qarşı tərəfin məsələyə münasibətini dərc etməyə hazırıq. Geri qayıt |