Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Qərib Məmmədovla Kərəm Həsənovun maraqları Mehdiabadda toqquşdu...
Qərib Məmmədovla Kərəm Həsənovun maraqları Mehdiabadda toqquşdu...14-08-2015, 10:06 |
Abşeron rayonu Mehdiabad qəsəbəsindən Moderator.az - a daxil olan şikayət məktubundan belə anlaşılır ki, sən demə son illər dəbdə olan bir məsələ, yəni çoxmərtəbəli yaşayış binalarında bir mənzilin bir neçə nəfərə satılması mərəzi bu dəfə torpaq satışına da sirayət edib. Belə ki, verilən məlumata görə, 2007 - 2008 - ci illərdə Mehdiabad bələdiyyəsinə məxsus torpaq sahələri insanlara yaşayış üçün ev yerləri kimi satılıb. Göstərilən bu ərazilər satıldıqdan sonra camaatın bir çoxu həmin ərazilərdə ev tikib. İmkanı olmayanlar isə torpaqlarını xətləyib ərazisinə yüngülvari nişanələr qoyub. Lakin bu günlərdə əvvəllər bir dəfə də olsun həmin ərazidə gözə dəyməyən insanlar hərəsi əlində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi kadastrla peyd olublar və torpaqların onlara məxsus olduğunu iddia edirlər. Halbuki istər hazırda bu ərazilərdə ev tikib məskunlaşanlar, istərsə də torpağı hələ də boş saxlayan şəxslər, hamı biri - birini tanıyıb və kimin ərazisinin kim ilə qonşu olduğu hər kəsə məlum olub. Problemin araşdırılması üçün rəsmi qurumlara müraciət edən şikayətçilər istədikləri cavabı ala bilmədiklərindən daha da qəzəbləniblər. Belə ki, qanuni torpaqlarına yeni müştərilər çıxmış şikayətçilər Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Abşeron rayon şöbəsinə müraciət ediblər. Xidmətin Abşeron bölməsindən gələn Ceyhun adlı əməkdaşı şifahi olaraq problemin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanlışı olduğunu bildirib. Problem ilə üzləşən şəxslər Ceyhun adlı şəxsdən yardım istəsələr də o bunun mümkünsüz olduğunu və bu ilin sentyabrının sonuna kimi Reyestr xidmətinin bu istiqamətdə fəaliyyət göstərmədiyini bildirib. Lakin sakinlər bu məsələnin şübhəli məqamlar olduğunu və bu məsələnin ciddi araşdırılmasını tələb edirlər. Belə ki, insanlar keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sənəd verdiyi bu şəxsləri əvvələr tanımadıqlarını və ləğv edilən dövlət qurumunun adından kimlərin isə obrazlı desək, kötüksüz sənəd düzəltiyi ehtimalını irəli sürürlər. Məsələni qəlizləşdirən bir məqam da ondan ibarətdir ki, qəsəbə icra nümayəndəliyi də yeni ortaya çıxan torpaq sahiblərini müdafiə ediblər. Elə buna görə də hazırkı problem ilə qarşılaşan insanlar icra nümayəndəliyinə qarşı inamsız olduğunu bildirirlər. Sakinlər iddia edirlər ki, ərazidəki problemlərin əsas baiskarları elə icra nümayəndəsidir və məhz onların tamahı üznüdən qəsəbədəki bir çox həyətyanı torpaq sahələri plansız, nizamsız verilib, bəzən evlərə maşın yolu qoyulmayıb, yaxud yolu sonradan bir başqasına satıblar. Geri qayıt |