Əsas Səhifə > Güney Press / Ana xəbər > Neft Fondu bu gün 8 milyon itirdi

Neft Fondu bu gün 8 milyon itirdi


12-08-2015, 10:58
Neft Fondu bu gün 8 milyon itirdi
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çinin milli valyutası - yuanın devalvasiyasının davam etməsi səbəbindən bu gün daha 8 mln. ABŞ dolları itirib.

Report xəbər verir ki, avqustun 12-də Çin Mərkəzi Bankı yuanı daha 1,62% devalvasiya edib.

Bu qərardan sonra ARDNF Çin istiqrazlarına 500 mln. dollarlıq yatırımı 8 mln. dollar dəyərdən düşüb. Dünənki devalvasiya da nəzərə alınmaqla, son iki gündə ARDNF-nin zərəri 18 mln. dollara yaxın olub.

Geri qayıt