Əsas Səhifə > Güney Press / Ana xəbər > Jurnalistin qətlinin əsas şübhəlisi

Jurnalistin qətlinin əsas şübhəlisi


10-08-2015, 12:29
Jurnalistin qətlinin əsas şübhəlisi
Avqustun 8-də bir qrup naməlum şəxs tərəfindən döyülərək ağır və çoxsaylı bədən xəsarətləri alan, bir gün sonra yerləşdirildiyi klinikada vəfat edən jurnalist Rasim Əliyevin ölümündə şübhəli olan şəxslərlə bağlı müəmma var.

Dünən cinayətdə şübhəli olan şəxslərin bir neçəsinin məlum olduğu, bir nəfərin - futbolçu Cavid Hüseynovun bibisioğlunun isə həbs edildiyi barədə məlumat yayılsa da, gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin növbətçi hissənin əməkdaşı məlumatı təkzib etmiş və demişdi: "Hələ ki araşdırmalar aparılır. Cinayətlə bağlı kiminsə saxlanıldığı barədə dəqiq məlumat yoxdur. Araşdırmalar bitdikdən sonra ictimaiyyətə geniş açıqlama veriləcək”.

Jurnalistin qətlinin əsas şübhəlisi
Jurnalistin qətlinin əsas şübhəlisi

AzVision.az Musavat.com-a istinadən xəbər verir ki, bu işlə bağlı həbs olunan şəxs var və bu, "Qəbələ" futbol komandasının sabiq kapitanı (dünən o, heyətdən kənarlaşdırılıb) Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovdur.

Jurnalistin qətlinin əsas şübhəlisi
Jurnalistin qətlinin əsas şübhəlisi

Bu barədə redaksiyaya məlumat verən mənbə bildirir ki, Elşən özü gedib və polisə təslim olub və hazırda istintaq təcridxanasındadır.

Jurnalistin qətlinin əsas şübhəlisi

Onun 21 yaşı var, "AZAL" futbol komandasının əvəzedici heyətində, 49 nömrəli forma ilə müdafiəçi mövqeyində oynayır.

Jurnalistin qətlinin əsas şübhəlisi

Geri qayıt