Əsas Səhifə > Güney Press / Ana xəbər > “Həkimlər cüzi əmək haqqına görə “Təcili yardım”da çalışmaq istəmir”

“Həkimlər cüzi əmək haqqına görə “Təcili yardım”da çalışmaq istəmir”


7-08-2015, 14:19
“Həkimlər cüzi əmək haqqına görə “Təcili yardım”da çalışmaq istəmir”
6 avqustda qafqaznews.az saytında dərc olunan məqalədə 200 min əhalisi olan Abşeron rayonunda əhaliyə cəmi 3 “Təcili yardım” briqadasının xidmət göstərdiyi qeyd olunur. Məqalədə o da qeyd olunur ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov bildirir ki, mövcud qaydalara əsasən 10-12 min nəfərə bir “Təcili yardım” qulluq edir. Biz Bakı şəhərinin digər rayonlarında “Təcili yardım”ın vəziyyətini öyrənmək qərarına gəldik. Nərimanov rayonundakı “Təcili yardım”ın rəisi Səfərov bizə bildirdi ki, bizdə 6 briqada çalışır. Məlumat üçün bildirək ki, Nərimanov rayonunun əhalisi 160 min nəfərdir. Deməli qayda üzrə Nərimanov rayonunun əhalisinə 16 briqada xidmət göstərməlidir. Amma əvəzində 6 -dır. Səbail rayonundakı “Təcili yardım”ın rəisi Hüseynin ( soyadını demədi ) rayon ərazisində 5 briqada faəliyyət göstərir. Rəsmi məlumata görə rayonun əhalisi 89 min 238 nəfərdir. Mövcud qaydaya görə, 9 briqada fəaliyyət göstərməlidir. Xəzər rayonundakı “Təcili yardım”ın rəisi Mirzəyev bildirdi ki, rayonda 8 briqada çalışır. Rayonun əhalisi 124 min 800 nəfər olduğu üçün əslində bu rəqəm 12 olmalıdır. Psixoterapevt Dəyanət Rzayev Qafqaz Xəbər Agentliyinə bildirdi ki, əmək haqqının cüzi olması səbəbindən heç kim “Təcili yardım”da işləmək istəmir: “ Ona görə də həkim briqadaları azdır. Ancaq Türkiyədə “Təcili yardım”da çalışan həkimlərin maaşı 5 min dollardır. Bizdə isə ən çoxu 200 manat. Həm də bu iş axı təhlükəlidir”.

Geri qayıt