Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azər-Türk Bank”da kadr dəyişikliyi oldu
“Azər-Türk Bank”da kadr dəyişikliyi oldu5-08-2015, 10:28 |
|
“Azər-Türk Bank” ASC-nin rəhbərliyində baş verən dəyişiklik nəticəsində Afiq Xudayev bankın İdarə Heyətinin üzvü təyin edilib. Bankdan Trend-ə verilən məlumata əsasən, müvafiq qərar “Azər-Türk Bank”ın İdarə Heyətinin sədr müavini Fərhad Adıgözəlov müvəqqəti İdarə Heyəti sədr vəzifəsinə təyin edildikdən sonra qəbul edilib. A.Xudayev bankın baş direktorlarından biridir. Beləliklə, bankın idarə heyəti bu tərkibdədir: İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Fərhad Adıgözəlov, İdarə Heyəti sədr müavini Rumiyə Məmmədova, İdarə Heyəti üzvü Afiq Xudayev. Geri qayıt |