Əsas Səhifə > Güney Press / Ana xəbər > Gəncə Apelyasiya Məhkəməsinin sədri vəfat edib

Gəncə Apelyasiya Məhkəməsinin sədri vəfat edib


1-08-2015, 11:38
Gəncə Apelyasiya Məhkəməsinin sədri vəfat edib
Gəncə Apelyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov dünyasını dəyişib.

Bu barədə Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir.

R.Məmmədov 1945-ci ildə anadan olub. 1975-ci ildə Kuban Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1969-1975-ci illərdə Beyləqan Rayon Məhkəməsində məhkəmə iclas katibi, 1974-1975-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsində iclas katibi, 1975-1982-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin Qəbul şöbəsində məsləhətçi, 1982-1984-cü illərdə Ali Məhkəmənin Nəzarət şöbəsində baş məsləhətçi, 1984-1990-cı illərdə Ali Məhkəmənin Ümumiləşdirmə şöbəsinin rəisi vəzifələrində çalışıb 1990-2000-ci illərdə Bakı Şəhər Məhkəməsinin üzvü, 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi olub. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü idi. 2007-ci ildən dünyasını dəyişənədək Gəncə Apelyasiya Məhkəməsinin sədri olub.

Qeyd edək ki, 70 yaşlı R.Məmmədov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Geri qayıt