Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistanda xalqı küçələrə çıxaran şirkət Sərkisyanın fonduna 10 milyon dollar verib
Ermənistanda xalqı küçələrə çıxaran şirkət Sərkisyanın fonduna 10 milyon dollar verib31-07-2015, 12:05 |
![]() Ermənistanda ziyanla işlədiyini əsas gətirərək elektrik enerjisi tariflərini artıran və geniş xalq etirazlarının başlamasına səbəb olan Rusiya şirkətinin president Serj Sərkisyanın fonduna 10 milyon dollar köçürdüyü üzə çıxıb. Virtualaz.org saytı “Radio France İnternational”ın (RFİ) rus xidmətinə istinadən xəbər verir ki, “Ermənistan elektrik şəbəkələri”nin tarifləri artırmasından sonra başlayan xalq etirazlarını sakitləşdirmək üçün hökumət artım qərarını dondurub. 3-6 ay ərzində qiymət artımı nəticəsində əhalinin artan xərclərini subsiyalaşdırıacağını bəyan edib. Lakin etirazçıların əksəriyyəti bu kompromisi qəbul etməyiblər və hazırda İrəvanda etirazlar getdikcə daha çox siyasi çalar alaraq davam etməkdədir. Üstəlik bu yaxınlarda üzə çıxıb ki, artıq 2 ildir dalbadal elektrik enerjisinin tariflərini artıran “Ermənistan elektrik şəbəkələri” səhmdar cəmiyyəti (Mülkiyyətçisi Rusiyanın RAO EES şirkətidir) Serj Sərkisyan və keçmiş baş nazir Tiqran Sərkisyan tərəfindən idarə olunan xeyriyyə fonduna 10 milyon dollar köçürüb. Bu fond istedadlı erməni tələbələrinin prestijli xarici universitetlərdə təhsil almasını maliyyələşdirir. “Ermənistan elektrik şəbəkələri” bildirir ki, 2010-2014-cü illərdə 33,5 milyon dollar ziyan edib. Ekspertlər və siyasətçilər isə sual edir ki, ziyanla işləyən şirkət nəyə görə Sərkisyanın fonduna 10 milyon dollar köçürmüşdü. Üstəlik bu ianənin əvəzində şirkət xeyriyyəçiliklə məşğul olan digər şirkətlərdən fərqli olaraq vergi güzəştləri əldə etməyib. “Transparency İnternational” təşkilatından ekspert Artak Manukyan bildirir ki, ortada ciddi korrupsiya şübhəsi var. Şirkətin rəsmi saytında ötən il Sərkisyanın idarə etdiyi fonda 10 milyon dollar ianənin keçirilməsinə dair hər hansı məlumatın olmaması da korrupsiya şübhələrini artırır. Geri qayıt |