Əsas Səhifə > Güney Press / Ana xəbər > Şirvanda DYP işçiləri yaşlı qadını döydülər...
Şirvanda DYP işçiləri yaşlı qadını döydülər...29-07-2015, 11:20 |
|
Polis əməkdaşlarının özbaşınalıqları bitmək bilmir ki , bilmir. Bu dəfə ki, qanunazidd hərəkət Şirvan şəhərində baş verib. Belə ki, dünən axşam 23:00 radələrində Şirvan şəhər polis idarəsinin qarşısında döyülmə faktı qeydə alınıb. Bu haqda döyüldüyünü iddia edən Səmən Qəhrəmanova redaksiyamıza bildirib. Onun sözlərinə görə , Şirvan şəhər YPX inspektorları Murad Süleymanov və Üzeyir adlı şəxslər onu döyüb. Yaşlı qadın aldığı xəsarətlərdən dərhal xəstəxanaya çatdırılıb. Bolgexeber.com olaraq , iddialara aydınlıq gətirmək məqsədilə inspektor Murad Süleymanovla əlaqə saxladıq. O , deyilənlərin yalan və böhtan olduğunu söylədi. Məsələ ilə artıq Bolgexeber.tv (BTV.AZ) yaxından maraqlanmağa başlayıb.TV-nin əməkdaşları artıq Şirvan çəhərinə ezam edilib. Qısa müddətə məsələ araşdırılıb ,geniş videosüjet təqdim ediləcək. Geri qayıt |