Əsas Səhifə > Güney Press / Ana xəbər > Qarabağa rus "Gecə canavarları" deyil, "erməni dovşanları" gedəcək
Qarabağa rus "Gecə canavarları" deyil, "erməni dovşanları" gedəcək29-07-2015, 11:01 |
|
İki gün bundan əvvəl erməni KİV-ləri Rusiyanın məşhur "Gecə canavarları" motoklubu üzvlərinin Ermənistan və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gözləninən səfəri barədə məlumat yayıb. FaktXəbər-in verdiyi məlumata görə, Lakin bir neçə saat sonra "Gecə canavarları" motoklubunun mətbuat katibi Anna Komarova yayılan xəbəri təkzib edərək bəyan edib ki, Ermənistana gedən adi mototuristlərdir və onların “Gecə canavarları” ilə heç bir əlaqəsi yoxdur. İndi isə məlum olub ki, Ermənistana və işğal olunmuş Azərbaycan ərazilərinə gedən əksəriyyəti milliyətcə ermənilərdən ibarət olan kiçik motosikletçilər qrupudur. Onların o əraziyə səfəri qondarma “erməni soyqırımı”na həsr olunmuş şəxsi təşəbbüs imiş. Geri qayıt |